Təhlükəsizlik qüvvələri Rusiya Müdafiə Nazirliyinin Hərbi Tikinti Şirkətinin rəhbəri Andrey Belkovu saxlayıb.
Demokrat.az xəbər verir ki, "Kommersant"ın məlumatına görə, o, dövlət müdafiə sifarişlərini yerinə yetirərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir (Cinayət Məcəlləsinin 285.4-cü maddəsi).
Nəşrin məlumatına görə, 46 yaşlı Belkov Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Baş İstintaq İdarəsinə (Bİİ) dindirilmək üçün çağırılıb. O, əvvəllər ifadə verib, amma şahid kimi. İndi isə şübhəli şəxsə çevrilib. İyulun 25-də onun barəsində qabaqlayıcı tədbir seçməyi planlaşdırırlar. İstintaq həbs üçün müraciət etməyə hazırlaşır.
Cinayət işi Belkovun xüsusi təyinatlılar üçün Baş Hərbi Tikinti İdarəsində əvvəlki işi ilə bağlıdır: o, 2021-ci ilə qədər bu struktura rəhbərlik edib. 2019-cu ildə onun rəhbərlik etdiyi idarə Müdafiə Nazirliyinin 9-cu müalicə-diaqnostika mərkəzinə 121 milyon rubla tomoqrafın alınması üçün tender elan edib. İstintaq müəyyən edib ki, Belkov öz dostu, “Stroyximproekt”in baş direktoru Yelena Lyaxoviçə tədarükçü tapmağı tapşırıb. Nəticədə Rusiya bazarını tərk edən və Müdafiə Nazirliyi üçün müqaviləni birbaşa yerinə yetirə bilməyən ən böyük Alman şirkəti üçün diler seçilib.
Sonra Belkov bu xüsusi şirkətdən 76 milyon rubla başa gələn tomoqrafı maksimum müqavilə qiymətinə almaq sxemi hazırlayıbı.
Nəticədə, 121 milyon rublun bir hissəi mənimsənilib.
Belkov “Şərəf” ordeni və II dərəcəli “Vətənə xidmətə görə” medalının sahibidir. O, Rusiyanın Ukraynanı işğalından dərhal sonra - 2022-ci il martın 14-də Hərbi İnşaat Şirkətinə rəhbərlik edib.