Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirib. Qurumun məlumatında qeyd olunub ki, aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib.
Apteklərdə sanitar norma və qaydalara əməl edilməməsi, yararlılıq müddəti bitmiş və ya səhv göstərilmiş bioloji aktiv qida məhsulunun satışı, bəzi məhsulların istifadə qaydası və dozasının müvafiq rəyə və istifadənin yaş həddinə uyğun göstərilməməsi, məhsulun üzərində Azərbaycan dilində məlumatların əks olunmaması kimi hallar üzə çıxıb.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bioloji aktiv maddələrin dövriyyəsinə nəzarəti həm də AQTA-nın həyata keçirdiyini deyib:
“Çünki bu maddələr qida ilə dərman arasında bir keçid hesab olunur. Ümumiyyətlə, qida əlavələri dünyada dərman maddələri reyestrinə aid deyil, amma konkret məqsədlər üçün istifadə olunduğuna görə dərman təyinatı da daşıyır. Bu baxımdan onların dövriyyəsinə nəzarət daim təmin edilməlidir.
Qida əlavələrinin keyfiyyət parametrlərinə cavab verməsi vacibdir. Tərkibindəki inqridiyentlər məhsulun üzərində dəqiq göstərilməlidir, tərkibində orqanizmə ziyan verəcək maddələr olmamalıdır və bunlara əməl olunmasına daim nəzarət edilməlidir. Çünki dərman maddələri bütövlükdə genefonda bağlı məsələdir. Müvafiq qurumlar bu məsələyə son dərəcə həssas yanaşmalıdır. Uyğunsuzluqlar vaxtında aşkar edilərək qarşısı alınmalıdır. İctimai nəzarət də burada rol oynayır. Alıcılar uyğunsuz hallar aşkarladıqda müvafiq quruma məlumat verməlidirlər”.
Törə Zeynallı
Demokrat.az