Sərxoş qohumlar gecəyarı tənha yaşayan qadına təcavüz etdilər — TƏFƏRRÜAT

KRİMİNAL 23 iyul 2024, 11:50
Sabirabad rayonunda 1969-cu il təvəllüdlü Malik və onun qohumu Səlim həmkəndlilləri Sevilə (adlar şərti göstərilib – red.) təcavüz ediblər. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Malik 12 iyun 2021-ci ildə, saat 22 radələrində yaşadığı Sabirabad rayonunun kəndlərindən birində təşkil edilmiş toy məclisində yeyib-içdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində qohumu Səlim ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə giriblər. 

Onlar bir qrup halında cinsi ehtiraslarını təmin etmək məqsədi ilə həmin kənddə yaşayan Sevilin evində tək olmasını bilib və həmin ünvana gəliblər. Sevil qapını açmaqda imtina edib. 

Malik təpiklə vurub qapının kilidini sındıraraq, zor tətbiq etməklə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Sevilin iradəsi ziddinə mənzilə daxil olub. 

Daha sonra Səlim də onun arxasınca içəri keçib. Otaqda onların hər ikisi Sevilə yaxınlaşıb və cinsi əlaqədə olmaq istədiklərini bildiib, ondan paltarlarını soyunmasını tələb ediblər. Sevil onların bu tələbini yerinə yetirməkdən imtina etdiyinə görə Malik onun üzərinə hücum edib. 

Bu zaman Səlim isə otaqdan çölə çıxaraq qapını önündə dayanaraq növbəsini gözləyib. Malik otaqda Sevilin baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq zor tətbiq etməklə, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Malik Sevilin müqavimətini qırdıqdan sonra əyninə geydiyi paltarlarını zorla çəkərək çıxarıb. Onu yataq otağındakı çarpayının üzərinə yıxıb, onunla zorla cinsi əlaqədə olub. Malik Sevilə təcavüz edəndən sonra çölə çıxıb. 

Bundan sonra öz növbəsini gözləyən Səlim içəri daxil olub və yataq otağındakı çarpayının üzərinə yaxınlaşaraq zorla Sevil ilə cinsi əlaqədə olub. 

Hadisəni törədən Malik və Səlimin barəsində Cinayət Məcəlləsinin 149.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) və 157.2-ci (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə)
maddələri ilə ittiham elan edilib. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinən şəxslərin hər biri barəsində 7 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin olunub. Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apellyasiya şikayəti veriblər. Onlar barələrində təyin olunmuş cəzanın yüngülləşdirilməsini istəyiblər. 

Hər iki təqsirləndirilən şəxsin şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə,təqsirləndirilən şəxslərin verdikləri şikayətlər haqlı hesab edilməyib. Onların apellyasiya şikayətləri təmin olunmayıb və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 

Bu qərardan narazı qalan Malik Ali Məhkəməyə üz tutub. O, barəsində olan cəzanın yüngülləşdirilməsini yuxarı instansiya məhkəməsinin hakimlərindən də xahiş edib. Onun kasasiya şikayətinə baxan daha yuxarı instansiya məhkəməsinin hakimləri sonda qərar veriblər. Qərarda qeyd olunub ki, məhkumun kasasiya şikayəti əsaslı deyil. Tənha qadına təcavüz edən Malikin barəsində olan cəza qüvvəsində saxlanılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top