Büyükekşidən vida mesajı: “Etdiklərimiz türk futbolunun tarixinə yazıldı”

İDMAN 19 iyul 2024, 23:56
Türkiyə Futbol Federasiyasının Adi Maliyyə və Seçki Baş Assambleyasında İbrahim Hacıosmanoğlu ilə prezidentlik yarışında məğlub olan sabiq prezident Mehmet Büyükekşi vida mesajı paylaşıb. 

Demokrat.az xəbər verir ki, Büyükekşi əvvəlcə İbrahim Hacıosmanoğlunu və İdarə Heyətinin üzvlərini təbrik edib. 

Büyükekşi açıqlamasında, "Milli Komandalarımızı və klublarımızı uğura daşımaq üçün bu şərəfli borcumuzu yerinə yetirməyə çalışdıq. İnanıram ki, gördüyümüz bu təqdirəlayiq işlər türk futbolunun tarixinə yazıldı və unudulmayacaq bir iz buraxdı” deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top