Salyan rayonunda 1990-cı il təvəllüdlü Rəhim ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zülfiyyəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 18-də Salyan rayonunun kəndində baş verib. Rəhim yaşadıqları fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı arvadı Zülfiyyənin sağ sifət, baş, sağ və sol diz nahiyyələrinə qəsdən çoxsaylı şillə, yumruq və təpik zərbələri vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Rəhimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, həyat yoldaşı Zülfiyyə ilə 2019-cu ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olub, birgə nikahdan bir övladları var: “Ailədaxili Zülfiyyə ilə aramızda bəzən mübahisələrimiz olub. Bu mübahisələr köklü əsaslara söykənməyib. Mübahisə etmişik və daha sonra isə qarşılıqlı formada barışmışıq. Əvvəllər bir dəfə isə aramızda olan söz mübahisəsi dava-dalaşa çevrildi. Həmin vaxtı Zülfiyyəni döydüm. Zülfiyyə də bununla bağlı polisə müraciət etdi. Polisdə bununla bağlı araşdırma aparılsa da, sonradan qarşılıqlı formada aramızda yaranmış barışığa əsasən həmin işə xitam verildi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ötən ilin noyabrın 18-də, saat 15 radələrində evdə yuxudan oyanıb: “Yuxudan oyanan kimi mətbəxdə olan soyuducunu açaraq baxdım. Soyuducuda yemək olmadığını gördüm və bu barədə Zülfuiyyədən soruşdum. Zülfiyyə də evdə yemək olmadığını bildirdi. Zülfiyyənin bu sözü məndə bir qədər əsəb oyatdı. Mən ona əsəbiləşdim, bununla bağlı aramızda mübahisə yarandı. Mən bir qədər mübahisə etdim. Daha sonra mübahisə qızışdı. Zülfiyyənin sözlərimi eşitmədiyini, mənimlə mübahisə etməyə davam etdiyini gördüm, daha da əsəbiləşdim. Zülıfiyyəyə yaxınlaşaraq şillə zərbələri ilə 2 dəfə onun sağ üz nahiyyəsinə, təpik zərbələri ilə isə hər iki diz nahiyyəsinə zərbələr vurdum. Zülfiyyənin sakitləşmədiyini gördüm və onun saçından dartaraq aşağı yıxdım. Bir neçə dəfə başına yumruqla yüngül zərbələr vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Zülfiyyənin ağladığını görüb və onu buraxıb: “Sonra evdən getdim. Bir qədər sonra evə qayıtdım. Evə gəldikdən sonra Zülfiyyə evdən getdi. Sabahı günü Zülfiyyənin barəmdə polisə şikayət etdiyini öyrəndim. Etdiyim əməldən peşmançılıq çəkirəm. Artıq barışmışıq, normal ailə kimi həyatımıza davam etdirməyə başlamışıq”.
İş üzrə zərərçəkmiş Zülfiyyənin sözlərinə görə, Rəhimlə ailə həyatı qurduqdan sonra ailədaxili aralarında arabir mübahisələr olub, bəzi hallarda bu mübahisələrlə bağlı polisə müraciət edib: “Hətta bir dəfə Rəhim ailə-məişət zəmonində məni döydüyü üçün onun barəsində polisə şikayət etdim. Sonradan barışdığımız üçün həmin işə xitam verildi. 18 noyabr 2023-cü ildə, saat 15 radələrində Rəhim evdə yatdığı zaman yuxudan oyandı və soyuducuya baxdı. Evdə yemək olmadığı üçün bir qədər əsəbiləşdi. Rəhimə evdə yemək hazırlamaq üçün heç bir şey olmadığını bildirdim. Bununla bağlı aramızda mübahisə yarandı. Rəhimlə bir qədər mübahisə etdim. Daha sonra Rəhim mənim sakitləşmədiyimi gördü və daha da əsəbiləşdi. Məni döyməyə başladı. Rəhim şillə, yumruq və təpik zərbələri ilə hər iki diz, sağ üz və baş nahiyyəmdən bir neçə dəfə zərbə vurdu. Sonra isə Rəhim məni buraxdı, evdən getdi. Bir qədər sonra Rəhim evə qayıtdı. Bundan sonra mən evdən getdim və bu barədə polisə məlumat verdim”.
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhim 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Salyan rayonunun kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az