Memarlar İttifaqının sədri atasına görə İlham Əliyevə məktub yazdı

MƏDƏNİYYƏT 15 iyul 2024, 17:04
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Respublikanın Əməkdar memarı Elbay Qasımzadə Prezident İlham Əliyevə məktub yazıb.

Demokrat.az-ın məlumatına görə, məktubda deilir:

“Möhtərəm cənab Prezident!

Xankəndi şəhərində atam - memar Ənvər Qasımzadənin layihəsi əsasında 1949-cu inşa olunmuş “Qarabağ” mehmanxanasının tapşırığınızla bərpa olunması və bu il, 5 iyul tarixində açılması ailə üzvlərimizə böyük sevinc bəxş etdi. Buna görə bütün ailə üzvlərim adından Sizə dərin təşəkkürümü bildirirəm.

Müasir səviyyəyə çatdırılan “Qarabağ” hotelinin şəxsən Sizin tərəfinizdən açılması bizim üçün böyük şərəfdir.

Qarabağda, Şərqi Zəngəzurda, ölkəmizin başqa bölgələrində aparılan böyük miqyaslı quruculuq, abadlıq, bərpa işləri Sizin Vətənimizə, xalqımıza, tariximizə olan münasibətinizin əyani sübutudur və memarlıq sənətinə olan hörmətinizin təzahürüdür.

Bu uğurlu yolda Sizə cansağlığı və yeni qələbələr arzulayıram.

Bir daha ailəmiz adından təşəkkür edir və dərin ehtiram hissi ilə minnətdarlığımızı çatdırıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top