Qayınanasını 5-ci mərtəbədən atdı — "Ailəmə yük idi"

DÜNYA 10 iyul 2024, 17:14
Rusiyada bir kişi qayınanasını 5-ci mərtəbən atıb.

Demokrat.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə iyulun 7-də Primorsk vilayətindəki Artyom şəhərində baş verib.

54 yaşlı kişi qayınanasını sürüyərək yaşadıqları evin eyvanına çıxarıb və aşağı atıb.

Qadın aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Şübhəli yaşlı qadının ona və ailəsinə yük olduğunu bildirərək, məsuliyyətindən yaxa qurtarmaq istədiyi üçün yerə atdığını bildirib.

O, saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top