“Makron 2027-ci ilə qədər hakimiyyətdə qalmaya bilər” — AÇIQLAMA

DÜNYA 08 iyul 2024, 19:30
Xəbər verdiyimiz kimi, Fransada solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına keçirilən seçkilərin ikinci turunda qalib gəlib. Nəticələrin elan edilməsindən sonra vəziyyət gərginləşib. Böyük şəhərlərin çoxunda, xüsusi olaraq, Parisin Respublika meydanında izdihamlı etiraz aksiyaları keçirilib. Dinc başlayan aksiya polisin müdaxiləsindən sonra qarşıdurmaya çevrilib. Bundan başqa, Fransa prezidenti Emmanuel Makron siyasi çıxmazın ortasında baş nazir Qabriel Attaldan “sabitliyi təmin etmək üçün” bir müddət daha vəzifəsini davam etdirməsini xahiş edib. Attal isə dünən axşam seçkinin nəticələri bəlli olduqdan sonra vəzifəsini tərk edəcəyini açıqlamışdı. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Son seçimlərlə bağlı Fransanı açığı müsbət sonluq gözləmir. 
Əziz Əlibəyli qeyd edib ki, siyasi böhranı yaransa, Makron 2027-ci ilə qədər hakimiyyətdə qalmaya bilər: 



“Qalib gələn “Yeni Xalq Cəphəsi” Partiyası lideri Makrona müraciət etdi ki, hökumətin formalaşdırılmasına icazə versin. Amma o, razılaşmadı. Amma bir tərəfdən də sevinir ki, sağ ifratçılar birinci yerdə deyil. Halbuki, 3-cü yer ilə birinci yeri tutanlar arasında koalisiyaya getmək imkanı var. Amma belə görünür ki, ümumi nəticəni bəlkə də yaxın vaxtlarda yoluna qoymaq mümkün olmasın. Çünki tərəflər çox ziddiyyətli mövqedədirlər. Belə olduğu təqdirdə bir il ərzində təzədən parlamentin buraxılması baş verə bilər. Amma birdə bu məsələ var ki, Makron 2027-yə qədər hakimiyyətdə qalmaya bilər. Çünki daxili siyasi böhran və sağ ifratçıların güclənməsi siyasi sistemin böhranına gətirib çıxara bilər”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top