Olimpiadada yaxşı nəticələr əldə etmək üçün çalışırıq — Fərid Qayıbov

İDMAN 05 iyl 2024, 16:35
Medallar haqqında danışmaq istəmirəm. Bütün federasiyalar, məşqçilər, idmançılar - hamımız ölkəmiz, vətənimiz üçün yaxşı nəticələr əldə etməyə çalışırıq.
 
Demokrat.az Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı danışarkən deyib.
 
Nazir Azərbaycan komandasının bayraqdarının hələlik bəlli olmadığını vurğulayıb: "Bir neçə gün sonra müəyyənləşəcək".
 
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top