Daxili İşlər Nazirliyindən təşəkkür...

GÜNDƏM 03 iyl 2024, 11:28
"Azərbaycan Polisinin yaranmasının 106 illiyi və Polis Günü münasibətilə ayrı-ayrı nazirlik, komitə və şirkətlərdən, idarə və müəssisələrdən, ictimai təşkilatlardan, media nümayəndələrindən, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərindən, habelə bir çox ölkələrin müvafiq dövlət qurumlarından Daxili İşlər Nazirliyinə çoxsaylı təbriklər daxil olmuş, sosial şəbəkələrdə postlar yazılmışdır".

Demokrat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bəyan edib.

“Polisin çətin və şərəfli xidməti ilə bağlı təbriklərinə, səmimi sözlərinə və xoş arzularına görə onların hər birinə dərin minnətdarlığımızı bildiririk”, - DİN-in Mətbuat xidməti bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top