ABŞ-də 8 yaşlı oğlan qəhrəman elan edildi

DÜNYA 05 iyl 2024, 18:39
ABŞ-ın Miçiqan ştatında 8 yaşlı Nikolas Çitvud adlı oğlan pitbull hücumuna məraz qalan bacısı 6 yaşlı Lillianı qurtarmaq üçün itlə boğuşub və onu xilas edib. 

Demokrat.az xəbər verir ki, böyük adamın belə çətinlik çəkəcəyi bu hərəkətinə görə, Nikolas yaşadıqları şəhərətrafı qəsəbədə qəhrəman elan edilib.  

Beləki, qardaş və bacı nənə və babalarının evində oynayarkən arxa həyətə keçiblər. Bu vaxt qonşu bağdakı pitbull iti bağçaya girib və Lilliana hücum edib. 

Bacısının köməyinə qaçan Nikolas babası səs-küyə yetişənə qədər itlə mübarizə aparıb. 

Üz və boynundan yaralanan Lillian dərhal xəstəxanaya çatdırılıb. O, Miçiqan Universitetinin xəstəxanasında əməliyyat olunub. Sol göz qapağı əməliyyat olunub. 

Müəyyən edilib ki, Lillianın boynundakı dişləmə damarı qoparıb.

Lillianın müalicəsini dəstəkləmək üçün başladılan 10.000 dollarlıq yardım kampaniyası qısa müddətdə 7.000 dollar ianə toplayıb. 

Lillian tam sağalması üçün hələ bir neçə əməliyyata ehtiyac duya bilər.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top