Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı

SOSİAL 05 iyl 2024, 18:00
Respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, VI çağırış Milli Məclisin deputatları, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. O bildirib ki, 2023-2024-cü tədris ilində olimpiadaya 57 483 şagird qatılıb:

"Respublika mərhələsində yarım finala 12 238, finala isə 1025 şagird namizədlik qazanıb. Olimpiadada 491 nəfər qalib gəlib və 122 nəfər məzun adını qazanıb. Bu o deməkdir ki, onlar ali məktəblərə imtahansız qəbul imkanına malikdirlər. Yəni artıq tələbə adını qazanıblar.

Olimpiadanın nəticəsinə görə, 84 nəfər qızıl, 163 nəfər gümüş, 244 nəfər bürünc olmaqla ümumilikdə 491 nəfər qalib elan edilib. Qaliblərin 151 nəfəri qız, 340-ı oğlandır.

Qaliblərin 204 nəfəri ümumi təhsil müəssisələrindən, 50 nəfəri rayon, 74 nəfəri isə kənd qəsəbələrdəndir. Vurğulamaq istəyirəm ki, kənd və qəsəbələr üzrə ötən il bu göstərici 60 nəfər idi. Bu o deməkdir ki, kənd və qəsəbələrimizdə də təhsil səviyyəsi yüksəlməkdədir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top