Rəşad Dağlının oğlu ilə görüşünün görüntüləri yayıldı — VİDEO

ŞOU-BİZNES 05 iyl 2024, 14:42
Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusiflə görüşdüyünü əks etdirən görüntülər yayılıb.  

Manset.az-ın məlumatına görə, videonun harada çəkildiyi məlum deyil. Görüntülər sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub.  

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top