"Seçkilərdə iştirak etmək fikrim var, çünki..." — Vahid Əhmədovdan AÇIQLAMA

GÜNDƏM 05 iyl 2024, 15:44
Bildiyimiz kimi, Azərbaycanda sentyabrın 1-i növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur.

Bəs, hansı namizədlər hansı dairədən namizədliyini irəli sürəcək? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında deputat Vahid Əhmədov parlament seçkilərində iştirak etmək fikrinin olduğunu bildirib. 

“İştirak etmək fikrim var. Çünki əhali tərəfindən də mənə kifayət qədər müraciətlər çoxdur. Həm də hesab edirəm ki, müəyyən işlərim qalıb, hələ onları yekunlaşdırmaq lazımdır. Həmişə namizədliyimi 52 saylı Quba seçki dairəsindən vermişəm. İndi namizədliyimi yəqin ki, 59 nömrəli dairədən verəcəm. Digər namizədlərlə bağlı məlumatım yoxdur. Seçkilərdə hər dəfə dəyişiklik olur. Həyat inkişaf edir və dəyişiklik mütləq olmalıdır”. 

Əfsanə Rəcəb 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top