Xaçmazda istismar müddəti başa çatan qaz xətləri əvəzlənir — VİDEO

SOSİAL 28 iyun 2024, 15:40
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Qaraqurdlu yaşayış massivində istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri həyata keçirilir.

Uzun illər istismarda olan qaz xətlərinin əvəzlənməsində əsas məqsəd istehlakçıların davamlı və daha təhlükəsiz təbii qazdan istifadə etmələrini təmin etməkdən ibarətdir. Kənd sakinlərinin sözlərinə görə, əsasən payız-qış mövsümündə təbii qazın verilişində təzyiqlə bağlı bir sıra problemlərlə üzləşirdilər.

İş icrası bildirir ki, layihə üzrə diametri 108 mm, uzunluğu 1300 metr olan yeni çəkilən qaz xəttinin tikintisi başa çatdıqdan sonra bu kimi problemlər həllini tapmış olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top