"Azərbaycanla Gürcüstan bir-birinin təşəbbüslərini hər zaman dəstəkləyir"

XARİCİ SİYASƏT 27 iyn 2024, 14:44
Dövlət rəsmilərinin qarşılıqlı səfərləri ölkələrimizin ikitərəfli münasibətlərin möhkəmliyindən xəbər verir. Azərbaycanla Gürcüstan bir birinin təşəbbüslərini hər zaman dəstəkləyir.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi görüşdən sonra keçirilən brifinqdə deyib

"Bizim üçtərəfli Azərbaycan-Türkiyə-Gürcüstan platforması mövcuddur. Bir sıra mühüm qərarlar qəbul edilib və bəzi mövzularda razılıq əldə edilib. Ölkələrimizin həyata keçirdiyi layihələr nəqliyyat, enerji təhlükəsizliyi baxımından çox vacibdir.

"Ölkələr arasında ticarət dövriyyəsi 900 milyon dollar olub ki, bu da ötən illə müqaisədə artıqdır. Azərbaycanın Gürcüstan üzərindən dünya bazarlarına neft, qaz boru kəmərləri keçir. Bu layihələr regionumuzun inkişafına böyük töhfə verir. Yaşıl enerji koridoru layihəsi də əsrin əhəmiyyətli layihələrindən sayıla bilər", - C.Bayramov bildirib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 iyn 2024, 09:30
Top