Susuzluqdan əziyyət çəkən Binə sakinləri: "Su maşını 35 manata gəlir" — VİDEO

SOSİAL 23 iyn 2024, 22:59

Xəzər rayonu, Binə qəsəbəsi, Bəhram və İman qardaşları küçəsinə 10 ildən çoxdur ki, içməli su verilmir.

Sakinlərin sözlərinə görə, əraziyə hətta su xətləri belə çəkilməyib.

Məcburiyyət qarşısında qalan vətəndaşlar tələbatlarını ödəmək üçün su quyusu qazıblar. Lakin buradan da su əldə edə bilməyiblər.

"Ay ərzində 4 maşın su alırıq, o da biri 35 manata gəlir. Hər ay hər bir ailə 140-150 manat suya pul verir. Həyətdə olan ağacların hamısını susuzluqdan əziyyət çəkir deyə kəsib atmışıq", - qəsəbə sakini şikayətini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top