AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub — YENİLƏNİB (VİDEO)

İDMAN 22 iyn 2024, 22:16

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.

F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.

Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.

Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.


xxx

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında üçüncü qol vurulub.

Brunu Fernandeş 56-cı dəqiqədə növbəti dəfə "ay-ulduzlular"ı məyus edib.

Hazırda Portuqaliya komandası 3:0 hesabı ilə öndədir.

XXX

Futbol üzrə 2024-cü il Avropa çempionatının F qrupunda Türkiyə və Portuqaliya milliləri arasında görüşün start fiti səsləndirilib.


Demokrat.az xəbər verir ki, qarşılaşmanı almaniyalı hakimlər briqadası idarə edir.

Qeyd edək ki, ilk oyunda Türkiyə Gürcüstanı 3:1, Portuqaliya isə Çexiyanı 2:1 hesabı ilə məğlub edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top