Cənubi Koreya bir yük gəmisini ələ keçirdi

DÜNYA 20 iyun 2024, 18:10
Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Şimali Koreyaya qarşı sanksiyalarını pozan fəaliyyətdə şübhəli bilinərək bir yük gəmisini ələ keçirdiyini bildirib. 

Demokrat.az xəbər verir ki, Cənubi Koreya səlahiyyətliləri Koreya boğazı yaxınlığında təxminən 3 min tonluq yük gəmisini ələ keçirib.

Xarici bayraqlı yük gəmisinin 10 nəfərlik heyətlə Rusiyadan Şimali Koreya üzərindən Çinə kömür və dəmir filizi daşıdığı iddia edilib.

Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında gəminin BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları pozduğu şübhəsi ilə ələ keçirildiyi, beynəlxalq hüquq və ölkə qanunlarına uyğun olaraq lazımi addımların atılacağı bildirilib.

Sözügedən gəmi ölkənin cənubundakı Busan şəhərinin sahilinə gətirilib.

Cənubi Koreya Şimali Koreyadan yola düşən və Rusiyaya doğru hərəkət edən "DEYI" adlı yük gəmisini də martın sonunda Yeosu şəhəri sahillərində ələ keçirmişdi. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top