Bakıda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək

SOSİAL 20 iyun 2024, 10:41
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə iyunun 22-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.

Bu barədə Demokrat.az-a BŞİH-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə, özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top