Putinə ov iti hədiyyə etdi

DÜNYA 20 iyun 2024, 09:02
Şimali Koreya (KXDR) lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə iki ov iti hədiyyə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, hədiyyə edilən itlər Şimali Koreyanın nadir "Pungsan" cinsindəndir.

Kim Çen In həmçinin Vladimir Putini KXDR-in ən yüksək dövlət mükafatı - Kim İr Sen ordeni ilə təltif edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top