Masallıda qadınlar dalaşdılar, xəsarət alan var

KRİMİNAL 11 iyn 2024, 17:07
Masallı rayonunda qadınlar arasında mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun kəndində baş verib. Kənd sakini Səkinə (adlar şərti verilib – red.) döyülməsi və xəsarət alması ilə bağlı Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. 

Qeyd edib ki, Gülgəz, Sevinc və Sahibə adlı qadınlar tərəfindən döyüldüyünü bildirib, bu barədə qanuni tədbir görülməsini xahiş edib. 

Müəyyən edilib ki, həmin gün, saat 08 radələrində 1997-ci il təvəllüdlü Sahibə yaşadığı Masallı rayonunun kəndində yerləşən fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səkinəni döyərək, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

Sahibənin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilib. İnzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib.

İş üzrə izahat verən təqsirli bilinən Sahibənin sözlərinə görə, boşanaraq azyaşlı övladı Sərxanla birlikdə Masallı rayonunun kəndində yerləşən atasına məxsus fərdi yaşayış evinə geri gəlib və orada yaşamağa başlayıb: “Həmin ev babama məxsus olub. Həmin həyətdə iki ev var. Digər ev isə əmim Cəmilə məxsusdur. Həmin evdə köhnə olduğu üçün yaşayış yoxdur. Ancaq Cəmilin arvadı Səkinə mütəmadi gələrək, həmin həyətin çox hissəsinin özünə düşdüyünü bildirir. Hətta bələdiyyə tərəfindən araları ölçülüb ayrılıb. Ancaq Səkinə həmin bölgü ilə razılaşmayıb. Bu səbəbdən tez-tez ailə üzvlərimiz ilə münaqişə yaradır”. 

Sahibənin sözlərinə görə, sonucu dəfə saat 8 radələrində torpaq sahəsi ilə bağlı aralarında mübahisə olub: “Səkinə anamı döyən zaman onu itələdim ki, anamı döyməsin. Bu zaman Səkinə üzərimə gələrək, məni döydü, təpiklə qoluma vurdu. Aldığım xəsarətlərdən işə gedə bilmirəm”. 

İş üzrə zərərçəkmiş Səkinənin sözlərinə görə, Sahibə və digər şəxslərlə əvvəl qonşu olublar: “Qonşu olduğumuz müddət ərzində yollarının eyni olmasına baxmayaraq, gediş-gəliş yolumu bağlayıblar. Bu səbəbdən aramızda yol və torpaq üstə mübahisələrimiz yaranıb. Həmin mübahisədən sonra kəndin digər tərəfindən fərdi yaşayış evi inşa etdirdim və ora köçdüm. Qeyd olunan yerdə köhnə evim və həyətim olduğundan arada bir evimə, həyətimə nəzarət etmək etmək üçün üçün ora gedib-gəlmişəm”. 

Səkinənin sözlərinə görə, hadisə günü, saat 08:30-da evinə və həyətinə nəzarət etmək məqsədilə gedib: “Həmin vaxt gediş-gəliş yolu üzərində qoyulmuş qapı açarla bağlı olduğu uçün məcbur qalaraq setkadan olan zaborun üstündən həyətimə keçdim. Bu zaman Gülgəz, Sevinc və Sahibə mənim həyətə setka zaborun üstündən keçdiyimi gördülər. Aramızda mübahisə oldu. Gülgəz və Sevinc məni döydülər. Amma Sahibə ilə əlbəyaxa olmadım. Lakin təxminən 5-10 metr aralıda olan Sahibə mənə tərəf dəfələrlə daş atdı. Həmin daşlardan bəziləri alınıma, qoluma və bədənimin digər hissələrinə dəydi”.

Massallı Rayon Məhkəməsinin qərarı ilə Sahibənin barəsində 300 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top