Velosiped zolağına girən sürücü skuter sürənə zor tətbiq etdi — FOTO

HADİSƏ 04 iyn 2024, 17:59
Bülbül prospektində "Af-Mall" ticarət mərkəzinin önündə velosiped zolağını zəbt edən sürücünün skuter istifadəçisinə zor tətbiq etdiyi iddia olunur.

Bu barədə Elşən adlı skuter sürücüsü Avtosfer.az-a müraciət edib.

O, iddia edir ki, saat 10:00 radələrində velosiped zolağında skuterlə hərəkətdə olarkən 99-VH-999 qeydiyyat nişanlı “Hyundai Staria” markalı avtomobilin sürücüsü anidən zolağın üzərində dayanıb: “Bu zaman ona iradımı bildirdim. Sürücü buna əsəbləşib üstümə hucum çəkərək mənə zor tətbiq etdi”.

Vətəndaş bununla bağlı DİN-in 102 xidmətinə müraciət etdiyini qeyd edib. (Avtosfer.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top