Ukrayna səfir: “Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayırıq”

COP29 03 iyn 2024, 11:51
“Azərbaycan Ukraynanın sadəcə strateji tərəfdaşı deyil, həm də etibarlı və mehriban dostudur”.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev bu gün keçirdiyi brifinqdə bildirib.

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da toxunan səfir deyib ki, ölkəsi Azərbaycanı ev sahibliyi edən ölkə kimi alqışlayır və dəstəkləyir: 

“Azərbaycanda dünya səviyyəli belə irimiqyaslı tədbirin keçirilməsi ölkənin beynəlxalq aləmdə artan rolundan xəbər verir”.


Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top