Ankarada Müstəqillik Günü ilə əlaqədar “Can Azərbaycan” adlı proqram keçirilib

GÜNDƏM 28 may 2024, 22:14

Türkiyənin paytaxtı Ankarada 28 May - Müstəqillik Günü münasibətilə “Can Azərbaycan” adl proqram və şənlik keçirilib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə (TADİV) Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü qeyd olunub.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Ankara ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində keçirilən tədbirdə TADİV sədri Aygün Attar ölkəmizin müstəqillik yolundan söz açıb.

“Məhz 1918-ci ildə Azərbaycanda irqindən, dinindən, məzhəbindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verildi. İqtisadiyyat, təhsil, dini etiqad və vicdan azadlığı sahələrində islahatlar aparılmaqla ölkə tarixində ilklər əldə olunub. Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkə olub”.

“Müstəqillik günü” şənliyində Azərbaycan musiqiləri və rəqsləri ifa olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top