Adnan Oktarla həbs edilən 4 nəfər sərbəst buraxıldı

REGİON 24 may 2024, 20:40
Adnan Oktar mütəşəkkil cinayət təşkilatı ilə bağlı cinayət işi üzrə məhkəmə iclası bu gün də davam edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, istintaq çərçivəsində həbs edilən Berat Kartal, Yusuf Erkan Özoğuz, Pınar Dəmir və Dilşad Kurtun azadlığa buraxılmasına qərar verilib.

Adnan Oktar və digər dəstə üzvlərinin isə həbsinin davam etdirilməsi təsdiqlənib. 

Növbəti məhkəmə 10-11-12 iyul tarixlərinə təxirə salınıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top