Bakıda keçirilən beynəlxalq sərgidə qalmaqal — FOTO

SOSİAL 22 may 2024, 10:23
Bu gün Bakıda işə başlayan Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisinin zəif təşkilatçılığı bir sıra iştirakçılarda ciddi narazılıq yaradıb.

Demokrat.az
xəbər verir ki, sözügedən sərgidə təmsil olunan bir neçə şirkət nümayəndələri Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisinin əsas təşkilatçısı olan “United Medical Expo” şirkətinə öz narazılıqlarını bildiriblər. 

Narazılığa əsas səbəb isə tədbirdə sərgi iştirakçılarına kofe və ya çayın nəzərdə tutulmaması, tədbirin keçirildiyi zalın çox dar məkanda təşkil olunması ilə bağlıdır.

İki gün davam edəcək sərgidə təmsil olunan şirkət nümayəndələri “United Medical Expo” şirkətinin bu addımını sərgi iştirakçılarına hörmətsizlik kimi qiymətləndirir.

Qeyd edək ki, iki gün davam edəcək Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisi mayın 23-də başa çatacaq. 


Elmar Heydərli
Demokrat.az


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top