Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var — FOTO

HADİSƏ 19 may 2024, 17:36
Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

Demokrat.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top