Sünnət üçün hansı yaş həddi uyğundur?

MARAQLI 13 may 2024, 17:36
“Körpə çox erkən doğularsa və çəkisi 2,5-3 kilodan azdırsa, dərhal sünnət edilməməlidir”. 

Demokrat.az xəbər verir ki, bu sözləri Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Şirin Seçkin “Habertürk”ə müsahibəsində deyib.

O bildirib ki, yeni doğulan körpə də sünnət edilə bilər:

“Sünnət üçün ən uyğun vaxt körpənin yenicə doğulduğu dövrdür. Lakin körpənin çəkisi 2,5-3 kilodan azdırsa, sünnət edilməməlidir. Körpə sadəcə  ideal çəkiyə çatdıqda sünnət edilə bilər”.

Mütəxəssis həmçinin vurğulayıb ki, bəzi yaş dövrlərində sünnət tövsiyə olunmur:

“Məcburi bir vəziyyət olmadıqca 2-6 yaş arası uşaqlara sünnət etməyi tövsiyə etmirik. Bu yaş aralığında uşaqlar sünnət olunarsa, cinsi həyatlarında psixoloji problemlər yaşaya bilərlər. Məcburi olmadığı təqdirdə sünnətin 5-6 yaşdan sonra edilməsini tövsiyə edirik”.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top