Daş sexindən 10 min manatlıq oğurluq

HADİSƏ 03 may 2024, 10:29
Aprelin 29-na keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Demokrat.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top