Hərbi helikopter qəzaya uğradı: Ölənlər var

DÜNYA 30 apr 2024, 21:35
Kolumbiyanın şimalında, Bolivar inzibati ərazisində hərbi helikopter qəzaya uğrayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan “Mİ-17 HK3395” nömrəli hərbi helikopterdə 1 general və 8 əsgər həlak olub. 

Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada qəzada həlak olan əsgərlər üçün kədərli olduğunu bildirib. 

Qeyd edək ki, səlahiyyətlilər qəza ilə bağlı araşdırmalara başlanıldığı açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top