Dünyaya “demokratiya dərsi” keçən ABŞ-da insan haqları belə tapdanır — Dəhşətli görüntülər…

TƏHLİL 26 apr 2024, 18:17
Dünyaya “demokratiya” dərsi keçməyə çalışan ABŞ-da polis zorakılığı davam edir. Hazırda ABŞ-ın müxtəlif universitetlərində müharibə əleyhinə etirazlar keçirilir. Tələbələrin də qoşulduğu aksiyalar düşərgələrdə də davam etdirilir. Dinc şəraitdə keçirilən aksiyalar mütəmadi olaraq polis zorakılığı ilə üzləşir.

“Amnesty İnternational” təşkilatı belə ABŞ hökumətini dinc aksiyalara güc tətbiq etməmək çağırışı edib. 

Birləşmiş Ştatlar hakimiyyəti isə heç bir çağırışa məhəl qoymadan güc tətbiqindən  çəkinmir.

Emori Universitetində baş verənlər bunun əyani nümunəsidir. Universitetdə müharibə əleyhinə keçirilən etiraz aksiyasına müdaxilə edən ABŞ polisinin əməlləri dəhşətlidir.

Polislər qadın professoru yerə yıxaraq, əzir və qatı cinayətkar kimi qandallayaraq, aparır. 

Eyni zamanda, etiraz aksiyasının iştirakçılarına qarşı dözülməz dərəcədə güc tətbiq edilir. Onları döyür, yerə yıxaraq sürüyürlər. 

Görüntülər ABŞ hökumətinə ünvanlanan suallar yaradır: demokratiyanı belə qoruyursunuz, insan haqları belə təmin edilir?

Bu görüntülər ABŞ-da insan haqlarının polis gücü ilə tapdandığının növbəti isbatıdır. Əgər baş verənlər başqa bir ölkədə olsaydı, ABŞ başda olmaqla Qərb ölkələri “insan haqları pozulur” deyə hay-küy salardılar. Necə olur ki, ABŞ-da baş verənlərə səssiz qalınır? 

Məgər ABŞ-da etiraz edənlərin hüquqları yoxdurmu?

ABŞ Dövlət Departamentinin 2023-cü il hesabatında Azərbaycanda “insan haqlarının pozulduğu” iddialarını irəli sürməsi də bu görüntülər fonunda ikrah hiss yaradır. Rəsmi Vaşinqton əsassız iddialarla Bakını ittiham edir, amma etiraz aksiyalarına güc tətbiqi Azərbaycanda yox, ABŞ-da baş verir!



  Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top