Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub

İDMAN 24 apr 2024, 23:52
Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, o, yarışın üçüncü günündə 100 metr məsafəyə brass üsulla üzmədə finişə birinci çatıb.

Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmədə Avropa çempionu olub, ikinci günündə eyni məsafəyə kəpənək üsulu ilə üzmədə gümüş medal qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 may 2024, 14:32
Top