Cavanşir Məmmədov dəfn olunub — YENİLƏNİB

GÜNDƏM 20 apr 2024, 16:42
Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

“Report” xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər.

16:09

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.

"Report"un məlumatına görə, mərasim mərhumun yaşadığı evdə baş tutub.

Vida mərasimində sənətçinin ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak ediblər.

15:45

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.

O, bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, sənətçi bu gün vəfat edib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top