ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın nüvə obyektlərinə yenidən hücum edəcəyi barədə xəbərləri təkzib edib.
Demokrat.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.
O, CNN və "The New York Times"ın ABŞ-nin İranın nüvə obyektlərinə hücumu ilə bağlı kəşfiyyat məlumatlarını dərc etməsini qınayıb.
"İranın nüvə obyektləri tamamilə dağıdılıb! Həm (Nyu York) Times, həm də CNN ictimai qınaq alacaq", - ABŞ prezidenti qeyd edib.
Qeyd edək ki, nəşrlər ABŞ kəşfiyyatının ilkin məlumatlarına istinadən Amerikanın zərbələrinin İranın nüvə obyektlərini tamamilə məhv etmədiyini, nüvə proqramını bir neçə ay geriyə saldığını bildirib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri üç nüvə obyektinə: uranın zənginləşdirilməsi üçün istifadə olunan Fordo zavoduna, həmçinin Natanz və İsfahandakı obyektlərə hücum edib. Hücumda bunker bombalarından istifadə edilib. İran ciddi dağıntı olmadığını bildirib. Trampın isə qeyd edib ki, ABŞ İranın bütün nüvə obyektlərini məhv edib.