Azərbaycanda bankların gəlirləri niyə azalıb? — AÇIQLAMA

MALİYYƏ 25 iyun 2025, 12:41
2025-ci ilin yanvar–may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 17,1% azdır. Bəs bankların gəlirlərinin azalmasının səbəbləri nələrdir?

Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bankların gəlirlərində ilin əvvəlində müəyyən qədər bu cür səngimələr olur, trendə baxmaq lazımdır ki, ilboyu bu hansı formada davam edəcək:



“İlin əvvəlindən avtomobil kreditlərinin verilməsi sərtləşdirilmişdi, kommersiya tipli ipoteka kreditləri azalmışdı, ümumiyyətlə, kreditlərin verilməsində risk menecmenti gücləndirilmişdi, kreditlərin verilməsində daha sərt qaydalar tətbiq olunur.
Ona görə də bankların verdiyi kreditlər azaldıqca, təbii ki, gəlirləri də azalır. 

Ola bilər ki, bununla əlaqəlidir. Yenə qeyd edirəm ki, trendlərə baxmaq lazımdır, ilk yarımilin rəqəmləri ilə il sonunun rəqəmləri eyni gəlsə, bu o deməkdir ki, kreditlərdə azalmalar var. Bunun da nəticəsində bankların gəlirlərinin azalması gözləniləndir”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top