Son 30 ildə Azərbaycanda evlilik yaşı nəzərəçarpacaq dərəcədə artıb. Əvvəllər orta evlənmə yaşı 25 ətrafında idisə, indi bu rəqəm 30-a çatıb.
Məsələ ilə bağlı sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında bildirib ki, evlilik yaşının artması təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunan tendensiyadır:
“Təəssüf ki, bu məsələ Azərbaycanda da aktuallaşıb. Bu vəziyyətin bir neçə əsas səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, gənclərin evlilikdən gözləntiləri və həyat standartları zamanla yüksəlib. Onlar ailə qurmazdan əvvəl özlərini maliyyə baxımından təmin etmək, ev, avtomobil və sabit iş sahibi olmaq istəyirlər.
Bu da onların daha gec evlənmələrinə gətirib çıxarır. İkinci mühüm səbəb isə evliliyə olan marağın azalmasıdır. Əvvəllər ailə qurmaq cəmiyyətin əsas dəyərlərindən biri sayılırdısa, bu gün bir çox gənc evliliyi prioritet kimi görmür”.
Sosioloq əlavə edib ki, bunun nəticəsində də ailə qurmaq əvvəlki qədər populyar və dəbdə deyil:
“Beləliklə, evlilik yaşının artması həm sosial-iqtisadi şərtlərlə, həm də dəyişən düşüncə tərzi ilə sıx bağlıdır. Bu, doğuş yaşını gecikdirir və doğuş sayını azaldır. Ailə institutunu zəiflədir, uşaq sayına və ailə davamlılığına mənfi təsir edir. Bu, uzunmüddətli dövrdə əhalinin təbii artımını dayandırır və hətta geriləməyə gətirib çıxarır. Bu tendensiya davam edərsə, 20-30 ilə Azərbaycanda ciddi demoqrafik və sosial-iqtisadi problemlər yarana bilər. Dövlət səviyyəsində ailə institutunun gücləndirilməsi və doğumun stimullaşdırılması vacib olacaq”.
Leyla Turan
Demokrat.az