Milli Məclisin deputatı Siyavuş Novruzov təklif edib ki, hər bir tikilən yeni binanın aşağısında məktəbəqədər təhsil müəssisəsi olsun.
Sözügedən təkliflə bağlı Demokrat.az-a danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, bu təkliflərin hər biri dəyərləndirilməlidir:
“Yaxşı təkliflərdir. Məktəbəqədər təhsil müəssisələrinin artırılması dövlətin strategiyasında olan məsələdir. Dövlət xətti ilə uşaq bağçaları, məktəbəqədər hazırlıq kursları təşkil olunub və bunun müsbət nəticəsini biz görürük.
Digər tərəfdən, özəl müəssisələr yaradılsa da, diqqət yetirilir.
Hesab edirəm ki, özəl sektora daha çox dəstək olmaq lazımdır. Müəyyən müddətdə özəl sektordan vergi almamaq olar. Eyni zamanda, istifadə haqqını minimuma endirmək olar”.
Cavidan Mirzəzadə
Demokrat.az