YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Daha bir türk məşhurun ailəsində miras davası başladı

Daha bir türk məşhurun ailəsində miras davası başladı

Türkiyəli müğənni Nevzat Doğansoyun (Nev) vəfatından sonra uzun müddətdir küsülü olduğu böyük qardaşı Zeyyat Doğansoyun mirasla bağlı prosedurlara başladığı iddia edilir.

Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə anaları Tülin Doğansoyun xəstəliyi dövründə iki qardaşın münasibətləri pozulub. Analarının ölümündən sonra da onlar barışmayıblar. İddialara əsasən, Nev xəstə olduğu müddətdə onu ziyarətə gələn qardaşını görmək istəməyib və yaxınlarına Zeyyatın yanına buraxılmaması barədə göstəriş verib.

Müğənninin sağ olsaydı, qardaşı ilə bağlı vəsiyyətnamə hazırlayacağı da iddialar arasındadır.

Nevin ölümündən sonra Zeyyat Doğansoyun qardaşının evinə gedərək şəxsi əşyalarını yoxladığı, əmlakının siyahıya alınması üçün araşdırma apardığı bildirilir. Onun müğənniyə məxsus avtomobil, ev və Bodrumdakı bağ evi ilə bağlı vərəsəlik prosedurlarına başladığı iddia olunur.

Bundan başqa, Zeyyatın qardaşının yaxın dostlarının evə dəvət edilməsini istəmədiyi və sənətçinin şəxsi gitara kolleksiyasını satmağı planlaşdırdığı da irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl mərhum Kadir İnanırın ailəsində miras davası başlayıb.

Jalə