İş yoldaşını çılpaq fotoları ilə şantaj edən qadına hökm oxundu

HADİSƏ 25 iyun 2025, 16:39
Hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər. 

Vəkil deyib ki, müvəkkili zərərçəkmiş şəxsə çılpaq fotolarını göndərməyib və belə bir şantaj faktı olmayıb: 

"Biz işdə olan fotoların ekspertizadan keçirilməsini, şəkilin kimə məxsus olmasını müəyyən etmək olardı. Amma təssüflər olsun ki, bu vəsatətimiz təmin olunmadı".

Vəkil Sona Əhmədovanın əməlində cinayət tərkibi olmayıb. 

O, müvəkkilin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Digər vəkilləri də eyni tələblə çıxış ediblər. 
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. 

O, vəkillərinin çıxışı ilə razı olduğunu deyib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona böhtan atdığını bildirib: 

"Səhər mən məhkəməyə gələndə yetkinlik yaşına çatmayan oğlum yaxamdan yapışdı, dedi ki, ana sən qayıdacaqsan? Oğlum mənsiz qala bilmir. Mən günahsızam, bu zərərçəkmiş şəxsin böhranı ilə mənə hökm oxumayın. Bıtaətimi istəyirəm".

Daha sonra hakimlər hökm elan edib. Hökmdə əsasən Sona Əhmədovanın barəsində 4  il 11 ay 27 gün müddətinə azadlıqdan mərhum etmə cəzası təyin olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. 

Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən dövlət ittihamçısı çıxışı zamanı Sona Əhmədovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. 

Bununla yanaşı, ittihamçı qadının barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını məhkəməyə təklif edib.

İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onu yarıçılpaq şəkilləri ilə şantaj edib. 

Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.

Sona Əhmədovanın barəsində cinayət məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top