Milli Məclisin iclasında deputat Tənzilə Rüstəmxanlı deyib ki, 30-40 illin müəllimlərini imtahan edib onları tədrisdən kənarda saxlamaq yaxşı hal deyil. O qeyd edib ki, bu məsələdə bir qədər diqqətli davranışa ehtiyac var.
Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, bu çox həssas və balanslaşdırılmalı olan bir mövzudur:
“Bir tərəfdə uzun illər təhsilə xidmət etmiş təcrübəli müəllimlər dayanır, digər tərəfdə isə keyfiyyətli və düzgün təhsil almaq hüququ olan uşaqlar. Burada iki əsas məsələ var və balanslı yanaşma zəruridir. 30-40 illik müəllimlərin imtahan verilməsi doğrudurmu?
Əgər məqsəd sadəcə müəllimi yoxlamaq yox, təhsilin keyfiyyətini artırmaqdırsa, bəli, doğrudur. Müəllimlərin sertifikasiyadan keçməsi bəzən hörmətsizlik kimi qəbul edilə bilər, amma bu belə deyil. Bu imtahanlar təhsilin səviyyəsini ölçmək, müəllimin müasir metodlara və texnologiyalara uyğunluğunu müəyyən etmək üçündür. Bu proses cəzalandırma yox, inkişaf və dəstək məqsədi daşımalıdır.
Bildiyiniz kimi, 30-50 bal arası nəticə göstərən müəllimlərin maaşına 10 faiz, 51-60 bal arasında nəticə göstərən müəllimlərin maaşına isə 35 faiz artım edilir. Amma əgər bir müəllim 30 baldan aşağı nəticə göstərirsə, bu, artıq ciddi siqnaldır. Belə müəllimin auditoriyaya buraxılması uşaqların hüquqlarına ziddir”.
Ekspert qeyd edib ki, zəif müəllim, yüzlərlə şagirdin təhsilinə mənfi təsir göstərirsə, bu, ədalətli deyil:
“Sosial şəbəkələrdə müəllimlərlə bağlı emosional çıxışlar olsa da, unutmayaq ki, hər bir müəllimin arxasında ailəsi varsa, o müəllimin dərs dediyi uşaqların da gələcəyi var. Təhsil məsələsində emosiyalara yox, obyektiv və ədalətli qərarlara ehtiyac var. Azərbaycan MDB ölkələri içərisində tələbə sayı baxımından Ermənistan və Gürcüstandan da geri qalır. Bu, bizi düşündürməlidir. Ən əsas məsələ təhsilli, tərbiyəli və müasir biliklərlə silahlanmış nəsil yetişdirməkdir.
Əgər bir müəllim özünü inkişaf etdirə bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, məsuliyyət daşımalıdır. Ən düzgün yanaşma isə budur ki, təcrübəli müəllimlər üçün xüsusi kurslar, peşəkar inkişaf proqramları təşkil olunsun. Sertifikasiya təkcə bilik yox, eyni zamanda pedaqoji təcrübə və praktik faydanı da ölçməlidir. Standart test sualları 30-40 illik təcrübəyə malik müəllimlə yeni başlayan müəllimə eyni şəkildə tətbiq edilməməlidir.
İmtahandan keçməyən müəllimlər dərhal işdən çıxarılmamalı, əksinə, ciddi şəkildə təlimlərə cəlb olunmalıdır”.
Leyla Turan
Demokrat.az