Bloqer Ukraynanın devrilmiş prezidenti Yanukoviçi harda tapdı? — "Görün burda kim var?" (FOTO)

DÜNYA 25 iyun 2025, 13:45

Ukryananın sabiq prezidenti Viktor Yanukoviç hakimiyyətdən devriləndən sonra Rusiyaya qaçmalı olmuşdu. 

AzPost bildirir ki, bundan sonra onun haqqında çox məhdud məlumatlar ortaya çıxırdı.

Ukraynada artıq 3 ildir müharibə gedir. Bu illər ərzində Yanukoviç susmağa üstünlük verib.

Bu günlərdə isə onun bahalı istirahət məkanlarının birində olması məlum olub.

Ukraynalı müğənni və bloqer Slava Kaminskaya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə Kanar adalarında görüşüb. Müğənni eks-prezidentlə çəkdirdiyi selfi şəklini sosial şəbəkədə “Kanarda görün kimlər var?” başlığı ilə paylaşıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top