Sloveniya Prezidenti İlham Əliyevi təbrik edib

XARİCİ SİYASƏT 25 iyun 2025, 16:12
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizə davamlı tərəqqi və inkişaf, xalqınıza firavanlıq arzulayıram.

Mən ölkələrimiz və xalqlarımız arasında sıx əlaqələri daha da dərinləşdirən, dostluğa və ortaq maraqlara əsaslanan ikitərəfli əməkdaşlığımızın möhkəmlənməsini böyük məmnunluqla alqışlayıram. Sloveniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və əminəm ki, bu əlaqələr gələcəkdə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da genişlənəcəkdir.

Mən daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə səylərimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top