Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalandı — YENİLƏNİB

XARİCİ SİYASƏT 25 iyun 2025, 12:03
Qvadelup və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Demokrat.az
xəbər verir ki, sənədin imzalanma mərasimi Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutub.

***
11:53

Qvadelup və Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlığa dair memorandum imzalanacaq.


Demokrat.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, Qvadelupla əməkdaşlıq yalnız siyasi sahəni deyil, ətraf mühit və digər sahələri də əhatə edir.

Fransa müstəmləkəçiliyi barədə hesabatlardan da söz açan A.Abbasov vurğulayıb ki, BTQ mütəmadi olaraq hesabat hazırlayır və bu hesabatlar BMT-yə təqdim olunur. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top