Azərbaycan və Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri arasında əməkdaşlıq görüşləri keçirilib — FOTOLAR

MƏDƏNİYYƏT 25 iyun 2025, 16:03
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü il iyunun 23-də Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərinə səfər edib. Səfər çərçivəsində ölkəmizin bir sıra mədəni və yaradıcı sənaye sahələrini təmsil edən nümayəndələrin iştirakı ilə ikitərəfli görüşlər keçirilib.

Səfərin ikinci günü Azərbaycanın animasiya, təhsil, film, musiqi, rəqəmsallaşma, zərgərlik və dizayn kimi müxtəlif sahələrdə fəaliyyət göstərən 15 şirkətinin nümayəndələri — Mozalan studiyası MMC, Alov animasiya studiyası, Dynamic Box MMC, Eduaz Co. MMC, Kinobox MMC, Aydemir Entertainment, JazzLab Agency, One Click MMC, Khatai Heritage, Atide-Couture, Gallery Centre, Gilabi Ceramics və digərləri — Xorvatiyanın yaradıcı sənaye üzrə tanınmış qurumları ilə görüşüblər.

Görüşlər Croatian Audiovisual Centre (HAVC), We Move Music Croatia, Kultura Nova Foundation, Zagreb Film və digər qurumların ofislərində təşkil olunub.

Tərəflər arasında keçirilən təqdimat və müzakirələrdə Azərbaycanın mədəni və yaradıcı sənaye sahəsində ixrac potensialı diqqətə çatdırılıb, Xorvatiya bazarına çıxış imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu cür biznes görüşləri Azərbaycan və Xorvatiya arasında hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlıq üzrə fəaliyyət istiqamətləri çərçivəsində həyata keçirilir. Mədəni və yaradıcı sənaye sahəsində biznes subyektləri arasında bu formatda ilk dəfə təşkil olunan görüşlər, tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli bir addımdır.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top