
Xalq artisti Nazpəri Dostəliyeva oğlu Əkbərlə bağlı etiraf edib.
Axşam.az xəbər verir ki, müğənni "Afaqla 10lar"da övladının mahnı oxumasını istəmədiyini deyib. O bildirib ki, övladı oxuyanda o ağlayır:
"İstəmədim oxusun. Nə vaxt oxuyub ağlamışam. Ona görə də yanımda oxumayıb. Çox gözəl səsi var. Özü də getmədi bunun arxasınca. Getdi akademiya oxudu, Moskvada təhsil aldı. İndi də qonaq gəlir, başlayır oxumağa. Deyir, qapını bağlayın, anam eşitməsin".
Qeyd edək ki, Nazpərinin iki oğul övladı var. Onun oğlu Əli bir neçə il əvvəl vəfat edib.