Peru dövlət başçısı İlham Əliyevə məktub ünvanlayıb

XARİCİ SİYASƏT 25 iyun 2025, 16:14
Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, mən gələn il diplomatik münasibətlərinin 30 illiyini qeyd edəcək ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla bildirirəm.
Peru Respublikasının Azərbaycan Respublikası ilə qarşılıqlı anlaşmaya, hörmətə və xalqlarımızın maraqlarına əsaslanan hərtərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiq edirəm.

Əlamətdar bayram münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı ifadə edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top