Reanimasiyada olan xəstələr üçün YENİLİK

DÜNYA 18 apr 2024, 19:04
Reanimasiyada olan xəstələrin əllərini tutmaq üçün robot qol hazırlanıb. 

Demokrat.az
xəbər verir ki,  Türkiyənin Ərzurum Atatürk Universitetinin alimləri yeni cihazı təqdim edib.

Təqdimatda, cihazın “COVID-19” dövrünə əsaslanaraq, huşunu itirmiş xəstələrə, xüsusən də xəstəxananın reanimasiyada olanlara dəstək üçün nəzərdə tutulduğu bildirilib.

Cihaz insan əli hissi ilə yanaşı, yaxınlarından uzaqda, reanimasiyada müalicə alan xəstələrə müsbət təsir etmək üçün hazırlanıb.

Robota musiqi və ya digər arzu olunan səslər də əlavə edilə bilər. 

Qeyd edək ki, xüsusi materialdan hazırlanmış əl formalı cihaz yatan xəstənin əlinə yerləşdirilir və vaxtaşırı sıxma refleksləri həyata keçirir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top