Tbilisidə 1 milyard dollarlıq aeraport tikiləcək

DÜNYA 08 aprel 2024, 16:00
Gürcüstan hökuməti Tbilisidə yeni hava limanının tikintisi barədə qərar qəbul edib.

Demokrat.az 1tv.ge-yə istinadla xəbər verir ki, layihənin dəyəri 1,26 milyard dollardır.

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, hökumət layihənin iki variantını nəzərdən keçirirdi.

"Biri köhnə hava limanının genişləndirilməsini, digəri isə Vazianidə yeni hava limanının tikintisini nəzərdə tuturdu. Genişləndirmənin dəyəri təxminən 900 milyon dollar idi. Yenisinin tikintisinin dəyəri təqribən 1,26 milyard dollardır”, - deyə o qeyd edib.

Kobaxidze aydınlaşdırıb ki, Tbilisi hava limanının hazırkı tutumu ildə 4,5 milyon sərnişinə qədərdir: 

“Genişləndirmə sərnişin dövriyyəsini maksimum 15 milyon sərnişinə çatdırmağa imkan verərdi və gələcək inkişaf perspektivləri yox idi. Yenisinin tikintisinə gəlincə, bu, bizə imkan verir ki, sərnişinlərin sayını perspektivlə 19 milyona çatdıraq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top