Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir — Brüssel görüşü bu gerçəyi dəyişə bildimi?

GÜNDƏM 06 apr 2024, 20:30
Aİ Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.

Bu barədə siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki,  bu görüşdə iqtisadiyyatın şaxələndirilməsi bəlli idi:


“Bu da aydın oldu ki, Qərb Ermənistana iqtisadi dəstəyi yalnız maliyyə üzərindən edir. Bunun özü belə Ermənistan iqtisadiyyatını nə dərəcədə Rusiyadan azad edəcəyini sual altına salır. Əsas bazar Rusiyanın nəzarətindədir.  Belə olduğu halda Qərb Ermənistan üçün bazarlarını açıq etməlidir. Bunun üçün coğrafi imkanlar bir qədər ziddir. Ermənistanın Avropa bazarına çıxmasında bir sıra problemlər var. İndi ki halda Ermənistanın Qərbin istədiyi plana uyğun hərəkət etməsinə nail olmaq lazımdır. Bunun üçün də maliyyə yardımlarının olması həyata keçirilir. Təbii ki, qapalı görüşlər də olub. Bu qapalı görüşlərdə hərbi məsələlər müzakirə olunub. Ermənistanın təhlükəsizliyi təmin edilməsi məsələsi də danışılıb. Ermənistan ərazisindən rus əsgərlərinin çıxarılması, əvəzinə Qərb əsgərlərinin gətirilməsi müzakirə edilib. Həm region ölkələrinin narazılığına görə, həm də məsələnin gizli qalmasına görə bu görüşlər qapalı keçirilir. Bunu açıqlasalar Rusiyanın müdaxiləsi qaçılmaz olacaq. Bu maliyyə yardımı sonraki dövrlərdə artırılacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top